23.11.2021
Uşaqlar ailənin, xalqın, dövlətin ən qiymətli sərvəti və gələcəyidir. Bu dəyərli varlıqların fiziki və mənəvi cəhətdən saglam, cəmiyyətə faydalı vətəndaş , vətənə sadiq bir övlad kimi böyütmək isə hər birimizin borcudur. Bu məqsədlə Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsində körpə və yeniyetmələrin zəngin daxili potensialının və dünya görüşünün formalaşmasına imkan verən bır sıra tədbirlər həyata keçirilir.
23.11.2021-ci il tarixində “Dünyanı verək uşaqlara” başlığı altında keçirilən növbəti nağıl saatında uşaqlar sirli sehrli nağıllar aləminə səyahət etdilər. Şöbənin kitabxanaçısı Nərmin Qasımova balaca fidanları Gülzar İbrahimovanın sehrli nağıllarının işığına topladı. Onlar nağıllarda qəhrəmanların son dərəcə ağır sınaqlardan necə keçmək olduğunu, sehrkar varlıqlara, fövqaladə gücə malik olanlara necə qalib gəlməyi, müdhiş qüvvələrin qırılmaz tilsimlərinə qarşı necə dayanaraq, hər cür çətinliyə üstün gələrək öz böyük arzularına necə qovuşmaqları ilə tanış oldular. Nağıla qulaq asan uşaqlar yeni kəşf etdikləri dünyanı səyahət edərək qaranlıq dünyanın cəhənnəmi, işıqlı dünyanın xoş tərəflərini öyrəndilər. Qəhrəmanların xeyirxahlığını, cəsurluğunı eşidən uşaqlar böyük həqiqətləri öyrənərək nağıla qarşı həvəsləri dahada artdı. Sonda iştirakçılarala maraqlı müzakirələr aparıldı və uşaqların fikirləri hörmətlə dinlənildi.