23.11.2021
Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində Azərbaycan bəstəkarı Fikrət Əmirovun xatirəsinə tədbir keçirildi .
Tədbirdə məktəbin direktoru Aynur Şıxıyevanın bəstəkarın yaradıcılığına istinad edərək yazdığı çoxsaylı məqalələri kollektivə təqdim olunmuş və müəllimlər tərəfindən məruzə edilmişdir.Tədbirin sonunda məktəbin fortepiano şöbəsinin müəllimləri Qasımova Gülcan, İsmayılova Gülər bəstəkarın vokal və fortepiano əsərlərini ifa etdilər.