23.11.2021
22.11.2021-ci il tarixdə Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 99 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə ilk öncə məktəb kollektivi 44 günlük Vətən Müharibəsində canından keçmiş şəhidlərin, 2021-ci il 16 noyabrda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Tədbirdə Fikrət Əmirovun yaradıcılıq irsi barədə, bəstəkarın vokal əsərlərin janr və üslub xüsusiyyətləri haqqında məktəbin direktoru Aynur Şixiyeva qısa məlumat vermişdir. Bəstəkarın həyat və yaradıcılığı fortepiano şöbəsinin müəllimi Qəmbərova Nərmin tərəfindən dinləyicilərə çatdırıldı. Nizami ili çərçivəsində Fikrət Əmirovun Nizami Gəncəvinin qəzəli əsasında bəstələdiyi "Gülüm" romans-qəzəli məktəbin müəllimi Sara Əkbərova tərəfindən ifa edildi. Tədbirin sonunda bəstəkarın "Azərbaycan elləri" musiqi məktəbin müəllimlərdən ibarət vokal kollektivi tərəfindən ifa olundu.