Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Fikrət Əmirovun anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

23.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbində 22 noyabr 2021-ci il tarixdə görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 99 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

İlk öncə Vətən uğrunda canından keçən bütün Azərbaycan şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi .

Nəzəriyyə şöbəsinin müəllimi Aytən Məmmədova bəstəkarın həyat və zəngin yaradıcılıq yolundan bəhs etdi. Sonra tədbirin konsert hissəsi məktəb şagirdlərinin ifası ilə davam etdi.

Tədbirin sonunda məktəbin direktoru Qahirə Məmmədova tədbirdə iştirak edən fortepiano ixtisası üzrə 4-cü sinif şagirdləri Beynəlxalq müsabiqə laureatı Leyla Səmədovaya, Nigar Məmmədovaya və kamança ixtisası üzrə 2-ci sinif şagirdi Tamara Qurbanovaya, onların müəllimlərinə öz təşəkkürünü bildirdi .