Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Yeddi gözəl”poemasına daxil olan“Xeyir və Şər” nağılının ucadan oxusunu keçirilib

22.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı filialı “Nağıl saatı” layihəsi çərçivəsində Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami  Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar olaraq qüdrətli söz və fikir ustadının ölməz Xəmsəsindən “Yeddi gözəl”poemasına daxil olan“Xeyir və Şər” nağılının ucadan oxusunu keçirtdi.

Tədbir Gəncə şəhər 32 nömrəli Körpələr evi-uşaq bağçasında keçirildi. Tədbiri 15 saylı filialın kitabxanaçısı Esmira Məlikova apardı. Kitabxanaçı nağılı ucadan, ifadəli şəkildə kiçik yaşlı tədbir iştirakçılarının diqqətinə çatdırdı. Uşaqlar nağılı diqqətlə dinlədilər və nağıla çəkilmiş illustrasiyalarıda maraqla izlədilər. Sonda kitabxanaçı uşaqlara öz minnətdarlığını bildirib, tədbiri yekunlaşdırdı.

 

215 KB

 

210.1 KB