Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Daşqın Şəfiyevin ailəsi ilə görüş keçirilib

20.11.2021

Ana yurdumuz Azərbaycan ta əzəldən qəhrəmanlar diyarı kimi tanınır. Azərbaycan üçün yaşamış igidlərimizi unutmuruq, unutmayacağıq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir. Belə örnəkömür sahiblərindən biri də II Qarabağ döyüşlərində igidlik göstərərk şəhadətə ucalmış Daşqın Hidayət oğlu Şəfiyevdir.

            Gəncə Regional Mədənyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın oxu zalı və Səyyar şöbəsi ilə birgə II Qarabağ döyüşləri iştirakçısı, 44 günlük zəfər tariximizi yazan igid, şəhid Daşqın Şəfiyevin ailəsi ilə görüş təşkil etdi.

            Tədbirdə ilk öncə Azərbaycan torpaqları uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

            Görüşdə Şəhidin valideynləri ,bibisi, xalaları, dayısı, uşaqlıq dostu, yaxın qohumları, qonşuları, şəhid Rəşad Ələkbərov və Mirmuraz Cəfərov anaları, II Qarabağ döyüşləri Qaziləri –Tural Xanaliyev, Bayram Kərimov, Ruzigar Abdullayev, Ayxan Məmmədov, şəhidin Kəlbəcərdən olan qonşusu Tunar Cəlalovla birgə, tədbirə dəvət almışdır. Tədbirdə həmçininAzərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri, şair-dramaturq Xəzangül Hüseynova, Əməkdar Mədəniyyət işçisi, əmək veteranı, yazışı-publisist Bəxtiyar Muradov, GDU-nun Tarix kafedrasının müəllimi Hüseyn Bəxtiyarov,şairlər İnqilab İsaq, Ramiz Təmkin,Eltun Türkel, Zahir Şirani, şairə Aləmzər Əlizadə, Gəcə Maarif evi İctimai Birliyinin rəhbəri İmamverdi Vəliyev, əməkdar müəllim Saleh Qurbanov, Gəncə Tarix-Diyarşünaslıq muzeyinin elmi işçisi Fidan Böyükbabalı iştirak edirdilər. Tədbir zamanı  II Qarabağ döyüşləri və şəhid Daşqın Şəfiyevin şücaətlərindən, vətənə olan sevgi və bağlılığından, dosta sədaqətindən, təmmənna ummadan etdiyi yaxşı əməllərindən maraqlı çıxışlar etdilər. Şəhidin atası Hidayət Şəfiyev və anası Gülnaz Şəfiyeva şəhid övladlarına həsr etdiyi qəlb dağlayan, hüzn yaradan  şeirlərini səsləndirdilər.

            Sonra qazilərimiz öz çıxışlarında vətənə olan sevgilərindən, əzm və mətanətlə keçdikləri döyüş yolundan qürur hissi ilə danışdılar.

            Şəhid Daşqın Şəfiyevin qardaşı oğlu İlahim Şəfiyev, bacısı oğlu Əziz Əliyev , bacısı qızı Pərvin Babazadə şəhid Daşqın Şəfiyevə həsr olunmuş şeir söylədilər.

23 nömrəli tam orta məktəbin şagirdləri kompozisiya şəkilində şeir söylədilər.

           

 

108.4 KB

 

104.8 KB

 

125.9 KB