19.11.2021
19.11.2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzi 44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalan Samux rayonu Sarıqamış kənd sakini Əfqan Nuriyevin məzarı və ev muzeyi ziyarət edildi, ailəsi ilə görüş keçirildi. Ailə üzvləri Şəhidlə bağlı xatirələrini bölüşdulər.Nuriyev Əfqan Rövşən oğlu 11 aprel 1997-ci il tarixdə Samux rayonunun Sarıqamış kəndində anadan olmuşdur. Samux rayon Sarıqamış tam orta məktəbinin məzunudur. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına uyğun olaraq səfərbərlik üzrə hərbi xidmətə yollanıb. Şəhidimiz Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Allahdan bütün şəhidlərimizə rəhmət eləsin!