Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Ağdam sən azadsan” adlı videokonfrans keçirilib

19.11.2021

19.11.2021- ci tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində 19 noyabr "Ağdam sən azadsan" adlı videokonfrans keçirildi.

Konfransın ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı.O, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, Ağdam rayonu artıq erməni işğalından azad olunub. Bu, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanat əsasında baş verib. Belə ki, bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-dək Azərbaycan Respublikasına təhvil verilir.

Sonra söz Qovlarsarı kənd klubunun müdiri Ülviyyə Məmisovaya verildi. O qeyd etdi ki, Ağdam 1993- cü ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rayonun 202 200 nəfər əhalisi var. Hazırda məcburi köçkün həyatı yaşayan əhali respublikasının müxtəlif şəhər və rayonlarında məskunlaşıb.

Sonda söz Füzuli kənd Mədəniyyət evinin müdiri Qiyas Əsgərova verildi və o qeyd etdi ki,  Ağdamın işğaldan azad edilməsi şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Ağdamın azad edilməsinə səbəb olan  II -ci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!