19.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Oxu Zalı 19.11.2021-ci il tarixində 20-Noyabr Beynəlxalq Uşaq Hüquqlarının Müdafiəsi Gününəhəsr olunmuş “Uşaqlarla birlikdə günəşli gələcəyə” başlığı altında söhbət keçirtdi. Tədbirdə kitabxananın oxucuları iştirak etdilər.
Söhbəti Oxu zalının kitabxanaçısı Mina Məmmədova açaraq bildirdi ki, hər ilin 20 oktyabr-20 noyabr tarixi Azərbaycan Respublikasında “Uşaq hüquqları aylığı” elan edilir. Məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi, onların yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması və dünyada sülhə və azadlığa birlikdə dəstək olmaqdır. Kitabxanaçı bildirdi ki,ölkəmizdə uşaqların ən böyük himayədarı ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərmişdir.Ölkə başçısı İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür.Tədbirin sonunda iştirakçilarin suallari cavablandırıldı