19.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 18.11.2021- ci il tarixdə "Zəfərinə qurban, Azərbaycan! " adlı şeir saatı keçirdi.Tədbiri böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı.Kitabxanaçı ilk öncə hamını Zəfər bayramı münasibətilə təbrik etdi və qeyd etdi ki,30 il arzuladığımız,gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi ! 10 noyabr 2020 - ci il bu tarix Qarabağa qovuşduğumuz tarixdir! Kitabxanaçı vurğuladı ki,Müzəffər Ordumuz 44 gün ərzində qəhrəmanlıqla savaşaraq qələbə qazandı.Tədbirdə canlarını ölkəmizin ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edildi.Sonra kitabxananın fəal oxucularının ifasında "Sənə Zəfər yaraşır", "Azərbaycan əsgəri", "Köksündə Vətən yürü - Azərbaycan əsgəri", "Bayrağın Şuşada ucalır bu gün!" , "Qarabağ bizimdir", "Sən qalibsən Azərbaycan" adlı şeirlər səsləndirildi.Tədbiri keçirməkdə məqsəd vətənpərvərlik ruhunu yüksəltmək,gənc nəslin tariximizə dair biliklərini möhkəmlətmək, Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirməkdən ibarətdir.