Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Tərəqqi uşaqların hüquqlarının qorunmasından asılıdır” başlığı altında tədbir keçirilib

19.11.2021

Gəncəşəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 15 saylı kitabxana  filialı 20 Noyabr Ümumdünya Uşaq Hüquqları günü ilə əlaqədar “Tərəqqi uşaqların hüquqlarının qorunmasından asılıdır” başlığı altında tədbir keçirtdi. Tədbir Gəncə şəhər 32 nömrəli Körpələr evi-uşaq bağçasında keçirildi. Filialın kitabxanaçısı Sulaxbin-Elçi Aygün uşaqlara onların anlaya biləcəkləri tərzdə Ümumdünya Uşaq Hüquqları Günü ilə əlaqədar məlumat verdi. Filialın kollektivinin uşaqlar üçün gətirdikləri şarlar, bir sıra ölkələrin bayraqları, kağızdan hazırlanmış göyərçinlər onların böyük sevincinə səbəb oldu. Tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdirdilər. Sonda uşaqlar 20 Noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür yazılmış lövhəyə rəngli boya ilə öz imzalarını atdılar.

 

 

181.1 KB

 

182.8 KB

 

181.8 KB