18.11.2021
17.11.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Musiqi-not fonoteka şöbəsi Xalq rəssamı, pedaqoq, sənətşunas-alim, SSRİ Dövlət Mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 115-illiyi ilə əlaqədar “Ornamentçi rəssam” adlı informasiya saatı keçirtdi.
Tədbirdə Gəncə Dövlət Universitetinin tələbələri və fəal oxucular iştirak etdilər. Kitabxanaçı Məmmədova İlahə tədbir iştirakçılarını salamlayaraq, Xalq rəssamı Lətif Kərimovun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi Dekarativ-tətbiqi sənətimizin, xüsusilə xalçalarımızın el sənəti qaynaqları ilə bağlı olan milli cəhətlərini, eləcə də onların bədii xüsusiyyətlərini və texnologiyalarını dərindən bilən görkəmli sənətkar Azərbaycan xalçalarına əsl mənada ikinci ömür verib, onların dünya miqyasında tanıdılmasında böyük işlər görüb. Lətif Kərimov Azərbaycan incəsənəti tarixinə yalnız görkəmli xalça ustası, şərq ornamentinin xüsusi bir sahəsi kimi elmi cəhətdən hərtərəfli araşdıran böyük nəzəriyyəçi, tədqiqatçı kimi daxil olmuşdur, öz sevimli xalqına xidmət etmişdir...
Tədbir iştirakçıları böyük sənətkarın fondumuza daxil olan Lətif Kərimov “Xalça sənəti” adlı kitabı ilə tanış oldular.