Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Dirçəliş Günün Mübarək!” adlı tədbir keçirilib

18.11.2021

17.11.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 17 – Noyabr Milli Dirçəliş Günü münasibəti ilə “Dirçəliş Günün Mübarək!” adlı tədbir keçirildi. Tədbir Samux rayon M.Ə.Sabir adına tam orta məktəbin 4b sinifi ilə birgə keçirildi. Uşaq söbəsinin Multumediya Resusları Üzrə Mütəxxəsisi Sadıqova İlahiyyə şagirdlərimizə 17 Noyabr Milli Dirçəliş Gününün tarixi haqqında məlumatlandırdı və fikirlərini onlarla bölüşdürdü.` 1988-ci il noyabrın 17-də başlanan meydan hərəkatının müstəqil Azərbaycanın təməlini qoyduğunu və Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğunu qeyd etdi. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəliş istiqamətində atdığı addımlardan, ölkəmizdə gedən inkişaf proseslərindən danışdı.

Samux rayon M.Ə.Sabir adına tam orta məktəbin müəlliməsi Ələkbərova Elnurə müəllimə də çıxışında qeyd etdi ki, 17 Noyabr – bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri- mümkündür. Zəngin tarixə malik xalqımız artıq bu günü neçə illərdir ki, qeyd edir və bu günü qeyd etmək Azərbaycan xalqının mənəvi haqqıdır.   4 b sinifinin şagirdləridə həmçinin öz növbəsində şeirləri, fikirləri, əldə etdikləri məlumatları ilə tədbirin daha da maraqlı keçməsində yaxından iştirak etdilər.

 

91.5 KB

 

97 KB

 

110.1 KB