Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

17 Noyabr “Milli Dirçəliş Günü “ilə əlaqədar dəyirmi masa keçirilib

18.11.2021

17.11. 2021-ci iltarixində Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə Şəhər Mədəniyyət Mərkəzi 17 Noyabr “Milli Dirçəliş Günü “ilə əlaqədar dəyirmi masa keçirildi.

         Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova  açaraq tədbir iştirakçılarını salamladı.O,Azərbaycanın suverenliyi ,ərazi bütövlüyü uğurunda şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

      Afina Ələkbərova bildirdi ki, 17 Noyabr birlik,həmrəylik doğma yurdumuz Azərbaycana xalqımızın sədaqətini özündə əks etdirən gündür.

       Mədəniyyət Mərkəzinin komputer kursunun tələbəsi Bəndər Hüseynov çıxışında qeyd etdi ki,17 Noyabr Milli Dirçəliş Günü 1992-ci  ildə elan olunmuşdur.

         Sonra söz ərazi sakini Vaqif Cəfərov çıxışında bildirdi ki, 1991-ci ildə xalqımız ikinci dəfə öz müstəqilliyinə qovuşdu.Lakin xain ermənilər ata –baba yurd yerlərimizi işğal etdi. 2020-ci ildə 44-günlük ikinci Qarabağ Vətən müharibəsində işğal altında olan Qarabağ torpaqlarmızı Prezidentimiz ,Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğaldan azad etdi.Bu gün Azərbaycan xalqı bütün dünyada qalib ölkə olaraq tanınır.

          Dəyirmi masada Mədəniyyət Mərkəzinin işçiləri, ,ərazi sakinləri iştirak etdi.

          Dəyirmi masa mövcud karantin rejimi tələblərinə uyğun şəkildə keçirildi