Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” 17- Noyabr Milli Dirçəliş günü” adlı videokonfrans keçirilib

17.11.2021

16.11.2021- ci tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində " 17- Noyabr Milli Dirçəliş günü" adlı videokonfrans keçirildi.

Konfransın ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı.O, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki, 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. Azərbaycanda bu hadisələr milli- azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Daha sonra söz Qarayeri qəsəbə klubun müdiri Günel Həsənovaya verildi.O qeyd etdi ki, Mixail Qorbaçovun başçılıq etdiyi Sovet imperiyasının Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda antisovet xalq hərəkatı təşəkkül tapıb.

Sonda söz Şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Gülşən Əliyevə verildi. O qeyd etdi ki,Milli Dirçəliş Günü - 17 noyabr 1992-ci ildə bayram günü elan olunub. Lakin 2006-cı ilin dekabrında qanunvericiliyə edilmiş müvafiq dəyişikliklərə əsasən 17 noyabr iş günü sayılır.

Bayram Günü dövlət səviyyəsində geniş qeyd edilməsə də, xalq hərəkatının davamçıları bu günün təntənəsini yaşamaqdadır.

 

770 KB

 

757.2 KB

 

735.6 KB