17.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Samux şəhər kitabxana filialı II-Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhadətə ucalmış Abdullayev Qəzənfər Nəcəf oğlunun il mərasimində iştirak etdilər İlk öncə şəhidin dəfn olunduğu məzarlıq ziyarət olundu, onun ruhuna dualar oxunaraq məzarı təzə-tər çiçəklər düzüldü. Daha sonra isə şəhidin evi ziyarət olunaraq anım mərasim keçirildi. Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuş ,Vətən müharibəsi şəhidi Qəzənfər Nəcəf oğlu Abdullayev Vətən uğrunda gedən döyüşlərdə Murovdağ istiqamətində şəhid olmuşdur. Ölümündən sonra "Vətən uğurunda" medalı "Kəlbəcərin azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunmuşdur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ailəsinə səbr diləyirik