17.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə 17 Noyabr- Milli Dirçəliş Günü ilə bağlı “Azadlıq hərakətinin başlanğıc günü” adlı tədbir keçirildi.
Tədbirə başlamazdan əvvəl şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Filial müdiri Məmmədova Xatirə öz çıxışındaqeyd etdi ki, 17- Noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi bayram edilir.1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına çıxmaqla 70 il Azərbaycan müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı.
Daha sonra Seyidlər kənd tam orta məktəbin direktoru Məmmədova FirduzAzərbaycan xalqının mübarizə əzmini qırmaq mümkün deyildi.Müstəqilliyə uzanan yol 17 Noyabrdan –Azadlıq meydanından başlanırdı. Bir müddət keçdikdən sonra Azərbaycan öz müstəqilliyinə qovuşdu. 17 Noyabr- xalqın milli azadlıq hərəkatının başlanğıc günü – “Milli Dirçəliş Günü” kimi qeyd olunmağa başladı.
Tədbirini sonunda şagirdlər “Milli Dirçəliş Günü”haqqında şerilər söylədilər.