17.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı Fonda daxil olan yeni kitablar haqqında sərgi keçirilib. Sərgidə " Zəfər günü", Çingiz Abdullayevin "Maskanın hakimiyyəti", " Qurbanlıq sindromu", "Rəzalətin son həddi", Elxan Elatlının "Uğursuz gecə", "On dördüncü adam", "Azərbaycan coğrafiyası" və digər yeni nəşrlər sərgilənmişdi. Sərgini kitabxanaçı Vüsalə Mustafayeva aparırdı. Kitabxanaçı sərgilənən kitablar haqqında oxuculara məlumat verdi.Qeyd edək ki,sərgini təşkil etməkdə məqsəd oxucularda kitaba,mütaliəyə maraq yaratmaq,mütaliənin cəmiyyətin gündəlik vərdişinə çevrilməsinə yardım etmək,oxucu qruplarını yeni dərc olunmuş kitablarla tanış etməkdir.