17.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 13 saylı kitabxana filialı 16.11.2021-ci il tarixdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin anadan olmasının 200 illik yubleyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Sərəncamına əsasən "Qüdrətli şair, ustad sənətkar" başlıqlı ədəbiyyat saatı keçirdi. Böyük kitabxanaçı Günel Əliyeva oxuculara Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında qısa məlumat verdi. Bildirdi ki, Aşıq Ələsgər olduqca maraqlı, təbiətə, məhəbbətə, dövrün çətinliklərinə həsr edilmiş bir-birindən gözəl şeirlər qoyub gedən bir şəxsiyyət olmuşdur. XIX əsrin aşıq lirikasının ən bənzərsiz nümunələrini yaradan Aşıq Ələsgər yaradıcılığı istər üslub, istər dil, istərsə də mövzu baxımından rəngarəng, çoxşaxəli və musiqiyə yatımlı olduğunu qeyd etdi. Aşıq Ələsgərin ədəbiyyat tariximizdə iz buraxmış ibrətamiz yaradıcılığı gələcək nəsillərə örnək olararaq ötürüləcəkdir.Tələbələrin ifasında Aşıq Ələsgərin bir neçə şeirləri "Dağlar", "Bizim dağlar", "Sarı köynək", "Güləndam" şeirləri səsləndirildi. Tədbirdə Gəncə Dövlət Regional Humanitar Kollecinin tələbələri iştirak etdi.