Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Multikultiralizm və nağıllar”adlı nağıl saatı keçirilib

16.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 16.11.2021-ci il tarixində Beynəlxalq Tolerantlıq Günü ilə bağlı “Multikultiralizm və nağıllar”adlı nağıl saatı keçirtdi. Tədbiri Uşaq şöbəsinin kitabxanaçısı Nərmin Qasımova açaraq uşaqlara tolerantlıq haqqında ətraflı məlumat verdi və bildirdi ki,16 noyabr Beynəlxalq tolerantlıq günüdür. Beynəlxalq Tolerantlıq günü 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib.Bu günün təsis edilməsində məqsəd qurumun da nizamnaməsində qeyd olunduğu kimi, dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırışdır. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər,xalqlar, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Nağıl saatında uşaqlar kitabxananın fondunda olan azsaylı xalqlara mənsub olan kitablarla tanış oldular. Avar və talış nağılı ilə tanış oldular. Sonda cizgi filminə tamaşa etdilər.