16.11.2021
16.11.2021-ci il tarixdə Xocalı rayon Yaloba kənd tam orta məktəbin şagirdlərinin iştirakı ilə Gəncə Regional Mədəniyyət idarəsi Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində Milli dəyərlərimizi qoruyaq mövzusunda sərgi tədbir keçirildi.Muzeyin ekskursiyaçısı İsmayılova Xatirə tədbir iştirakçılarına Qarabağ xalçaları haqqında geniş məlumat verdi.Qarabağ xalçaları böyük ölçüləri ilə fərqlənir.Beş hissədən ibarət olan belə xalçalar "dəst-xəli-gəbə" adlanır.Bu xalçalar Qarabağın təbiəti kimi əsrarəngiz və rəngarəngdir.Şagirdlər sərgini maraqla izlədilər.Sonda xatirə şəkilləri çəkdirildi