Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Azərbaycan ədəbiyyatının folklor inciləri” başlığı altında sərgi təşkil edilib

13.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxananın Uşaq şöbəsi  Azərbaycan folklorunu tanıyaq və öyrənək layihəsini davam etdirərək “Azərbaycan ədəbiyyatının folklor inciləri” başlığı altında sərgi təşkil etdi. Sərgidə kitabxananın oxucuları, Gəncə şəhər 42 nömrəli məktəbin bir qrup müəllim və şagirdləri iştirak etdi. Sərgi haqqında geniş məlumat verən şöbənin böyük kitabxanaçısı Aytən Əliyeva qeyd etdi ki, azərbaycanlıların zəngin bir şifahi ədəbiyyatı var. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. İngilis dilindən götürülmüş bu termin – folk- xalq, lore isə bilik, hikmət deməkdir. Azərbaycan folkloru – kollektiv yaradıcılıq məhsulu olan, müəllifləri məlum olmayan ədəbiyyatdır. Qədimilikdən, tarixdən xəbər verməklə yanaşı Azərbaycan xalqının ruhundan süzülən mədəniyyətdir. Zəngin Azərbaycan şifahi xalq ədəbiyyatı dünyanın digər xalqlarının folkloru arasında özünəməxsuz yer tutur. Azərbaycan folkloru janr zənginliyinə malikdir. Həyatı əks etdirmə baxımından lirik, epik və drammatik növləri vardır. Tükənməz estetetik gözəllik xəzinəsi olan Azərbaycan folkloru- şifahi xalq ədəbiyyatımızın zənginliyini, milli mənəviyatımızı və söz sənətimizi özündə göstərir. Tədbiri təşkil etməkdə əsas məqsədimiz uşaq və yeniyetmələri kitabxananın fondunda yer alan Azərbaycan folklor nümunələri ilə tanış etməkdir.

 

179.8 KB

 

183.7 KB