Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“12 noyabr - Konstitusiya günüdür” mövzusunda dəyirmi masa keçirilib

12.11.2021

  12.11.2021-ci il tarxində Kəlbəcər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Uşaq şöbəsinin təşkilatçılığı ilə   12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü ilə əlaqədar olaraq “12 noyabr - Konstitusiya günüdür” mövzusunda dəyirmi masa keçirildi.

Dəyirmi masada Uşaq şöbəsinin müdiri Qasımova Günel 12 noyabr Azərbaycan Respublikasının  Konstitusiya günü haqqında məlumat verdi.

Oxu zalın müdiri Həbibullayeva Mehriban, Baş metodist  Nəcəfova Pəri çıxış edərək bildirdilər  ki, Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında koklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil etməsindən danışdılar.

Tədbirdə Mərkəzi Kitabxananın əməkdaşları iştirak edirdilər.