Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

” 12- Noyabr Azərbaycan Respublikasının Konstitusiyasının Günüdür” adlı videokonfrans keçirildi.

12.11.2021

11.11.2021- ci tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzində" 12- Noyabr Azərbaycan Respublikasının Konstitusiyasının Günüdür" adlı videokonfrans keçirilib

Konfransın ilk açılışını Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açdı.O, tədbir iştirakçılarını salamladı və qeyd etdi ki,1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycanın Respublikasının ilk Konstitusiyası qəbul olundu.

Sonra söz Lək Sənətkarlıq evinin müdiri Cahangir Nəbiyevə verildi.O qeyd etdi ki, Azərbaycanın yeni  Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002 -ci ildə, son əlavə və dəyişikliklər isə 26 sentyabr 2016-cı ildə referendum yolu ilə edilib.

Daha sonra söz Şəhər Mədəniyyət evinin bədii rəhbəri Gülşən Əliyevə verildi.O qeyd etdi ki,1996-ci il fevralın 6-da Prezident Heydər Əliyev sərəncamı ilə noyabrın 12 Konstitusiya günü elan edildi.