Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

``Konstitusiyamız xalqa xidmət edir``başlığı altında söhbət keçirdi

12.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş kitabxana sisteminin 1 saylı filialı 12.XI.2021 ci il konstitusiya günü ilə əlaqədar ``Konstitusiyamız xalqa xidmət edir``başlığı altında söhbət keçirdi.Tədbirdə 4 saylı məktəbin tarix müəllimi İsmayılova Günay və 5-B sinif şagirdləri iştirak edirdilər.Tədbiri 1saylı kitabxana filialının kitabxanaçısı Əliyeva İlhamə aparırıdı. İlhamə Əliyeva tədbir iştirakçılarını salamladıqdan sonra öz çıxışında bildirdi ki, bugün Azərbaycan Respublikasının Konstitusiyasından 26 il keçir. Müstəqil Azərbaycanın Ulu öndəri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiya 1995-cil il noyabrın 12-də keçilirmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi.
4 saylı məktəbin tarix müəllimi İsmayılova Günay bildirdi ki, Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə,cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi dünyəvi dövlət quruculuğuna yol açan yeni milli  Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
1 saylı kitabxana filialının müdiri Məlikova Züleyxa qeyd etdi ki,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla  Konstitusiyaya üçüncü dəfə əlavələr və dəyşikliklər edilib.
   Tədbirin sonunda 1 saylı kitabxananın kitabxanaçısı İlhamə Əliyeva iştirakçılara minnətdarlıq bildirdi.

 

64.4 KB

 

83.3 KB

 

86 KB