Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Konstitusiya günü” ilə əlaqədar dəyirmi masa keçirilmişdir

12.11.2021

12.11.2021 –ci il tarixində Gəncə Regional Mədəniyyət Idarəsi Gəncə şəhər Mədəniyyət Mərkəzi “Konstitusiya günü” ilə əlaqədar dəyirmi masa keçirmişdir

    Tədbiri Gəncə şəhər  Mədəniyyət Mərkəzinin direktoru Afina Ələkbərova açaraq Vətən müharibəsi, o cümlədən bütün Azərbaycan şəhidlərinin əziz xatirəsini bir dədiqəlik sükutla yad edilməsini xahiş etdi. Sonra O, hazırkı Konstitusiyanın  12 noyabr 1995 –ci ildə ümumxalq referendumu əsasında qəbul edilməsindən və Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsindən sonra ilk Konstitusiyanın  olmasından danışdı.

    Mədəniyyət Mərkəzinin bədii rəhbəri Eldar Məmmədov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiya layihəsi üzərində ciddi iş apardı .1994-cü ildə Ümummilli Liderimiz Heydər Əiyevin sədirliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layıhə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci ilin noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu.

      Tədbirdə Gəncə şəhər Mədəniyyət Mərkəzinin Yaradıcılıq evinin və Gəncə şəhər Mərkəzləşdirilmiş kitabxana sisteminin 3 saylı kitabxana filialının əməkdaşları, kurs tələbələr iştirak etmişdir.

        Tədbir mövcud karantin reliminə uyğun olaraq təşkil edilmişdir.