Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xalq şairi olmayan xalqın şairi” adlı elmi monoqrafiyası nəşr edilib

12.11.2021

Teatrşünas-tənqidçi Anar Burcəliyevin “Xalq şairi olmayan xalqın şairi” adlı elmi monoqrafiyası nəşr edilib. Müəllif bu gün Gəncə Regional Mədəniyyət İdarəsində olaraq yeni nəşr olunan monoqrafiyanı İdarə rəisi Vasif Cənnətova təqdim edib. 
 “Xalq şairi olmayan xalqın şairi” adlı kitab şair-dramaturq Novruz Gəncəlinin 100 illik yubileyi ərəfəsində həyat və yaradıcılığına həsr olunub. Kitabda onun yaradıcılığı və eləcə də fəaliyyəti   geniş  bir  şəkildə  işıqlandırılmaqla təhlil olunub. Bununla yanaşı həmçinin Novruz Gəncəlinin həyat məziyyətləri geniş bir aspektdə işıqlandırılmaqla monoqrafiyada toplanan materiallar teatrşünasların eləcə də sənətşünasların ilkin məlumat  və  araşdırmaları üçün bir mənbə hesab edilə bilər.