Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Nizami əsərlərində həyat həqiqətləri”  başlığı altında kitab sərgisi keçirilib

12.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxananın Uşaq şöbəsi 11.11.2021-ci il tarixində Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə ölkəmizdə elan olunan "Nizami ili" ilə əlaqədar olaraq “Nizami əsərlərində həyat həqiqətləri”  başlığı altında kitab sərgisi təşkil etdi.

Tədbiri şöbənin kitabxanaçısı Kifayət Sadıqova açaraq əvvəlcə iştirakçılara dahi şair haqında ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan ədəbiyyatına “Xəmsə” adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “leyli və Məcnun”, “Yeddi gözəl” və “İsgəndərnamə” poemalarını töhfə vermiş, dünya şöhrətli Nizami Gəncəvi 1141-ci ildə Gəncədə dünyaya göz açmış və ömrünün axırına qədərdə  bu şəhərdə yaşamış və 1209-cu ildə vəfat etmişdir. Nizami Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmdarların, şahların saraylarından uzaqlaşıb təvözakar bir həyat yaşayıb. Dahi şair əsərlərində də  insanları təvəzökar, əməksevər, gözü tox olmağa səsləmiş və hər zaman qəddar şahları, hökmdarları ədalətli olmağa çağırmış, tənbəlləri, ikiüzlüləri tənqid etmiş, halal zəhmətlə yaşayan sadə adamlara öz yüksək məhəbbətini bildirmişdir. Nizami Gəncəvi  yaradıcılığı hümanizm yüksək sənətkarlığı ilə Zaqafqaziya,Yaxın Şərq xalqları,fars,tacik,hind,qırğız və s. ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş,dünya mədəniyyət xəzinəsinə daxil olmuşdur. Şairin əsərləri dünyanın bir çox xalqlarının dilinə təsir tərcümə olunmuşdur. Əsərlərin nadir əlyazma nüxsələri bir çox şəhərlərin məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır. Sonda tədbir iştirakçıları şairin əsərlərindən ibarət kitab sərgisi ilə tanış oldular.

 

85.9 KB