Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəlbəcər rayonunda Zəfər Günü ilə bağlı ümumrayon bayram tədbiri keçirilmişdir

11.11.2021

08 noyabr 2021-ci il tarixində Kəlbəcər rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin və Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin təşkilatçılığı ilə 8 Noyabr Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

Tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin Başçısı cənab Azər Qocayev, rayon ziyalıları, Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər, mədəniyyət işçiləri iştirak etmişdir.

İlk öncə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin müəllim və şagirdləri, Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin musiqi kollektivləri konsert proqramını təqdim etdilər.

 

89.8 KB

 

92 KB