Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər bayramının 1-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirildi

10.11.2021

08.11.2021-ci il tarixində Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində Heydər Əliyev parkında Zəfər bayramının 1-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirildi. Tədbirdə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov, idarə, müəssisə rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak etdilər. İlk öncə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyuldu. Sonra dövlət himni səsləndirildi.

            Ulu öndər Heydər Əliyev və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

            İlk olaraq söz Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Nəzakət İsmayılovaya verildi. Nəzakət xanım Xocalı Soyqırımı zamanı erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi cinayətlərdən, vəhşiliklərdən danışdı. O bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı, rəşadətli ordumuzun şücaəti sayəsində şəhidlərimizin qisası alındı, işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olundu.

            Sonra söz ehtiyyatda olan baş leytenant, “Xocavəndin, Füzulinin, Cəbrayılın azad olunmasına görə” medalları, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuş, Xocalı rayon sakini Elnur Nəcəfova verildi. Elnur bəy Vətən müharibəsi zamanı ordumuzun göstərdiyi şücaətdən, xalq-ordu vəhdətindən danışdı.

            Yekun olaraq söz Xocalı rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahmar Usubova verildi. Şahmar müəllim bildirdi ki,  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı, rəşadətli ordumuzun şücaəti sayəsində əldə edilən qələbə sadəcə işğal altında olan torpaqlarımızı azad etmədi, həm də xalqımızın, ordumuzun özünəinamını, tapdalanmış qürurunu bərpa etdi. Ordumuzun döyüşlərdə nümayiş etdirdiyi döyüş taktikası, misilsiz şücaəti inkişaf etmiş ölkələrin hərbi məktəblərində öyrədilir, nümunəvi ordu sıralarında Azərbaycan ordusunun adı çəkilir.

            Çıxışlardan sonra bayram tədbiri rayon mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam etdi. Konsertdə Xocalı şəhər 1 və 3 nömrəli Uşaq musiqi məktəbinin müəllimləri və şagirdləri bir-birindən gözəl vətənpərvər mahnılarla, şeirlərlə çıxış etdilər.