Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qardaşlığın şanlı Zəfəri Qarabağ Azərbaycandır!” mövzusunda onlayn görüş keçirilmişdir.

10.11.2021

09.11.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi, Çankırı Gazi Mesleki ve Teknil Anadolu Lisesi müdir yardımçısı Esra Acar, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin ingilis dili müəllimi Aida Elyasovanın birgə təşkilatçılığı ilə "Qardaşlığın şanlı Zəfəri Qarabağ Azərbaycandır!" mövzusunda onlayn görüş keçirilmişdir. Tədbiri açıq elan edən Çankırı Gazi Mesleki ve Teknil Anadolu Lisesi müdir yardımçısı Esra Acar Azərbaycan xalqını qazandığı Zəfər münasibətilə təbrik etdi. Aida Elyasova bu günün ikiqat bayram olması sevincindən bəhs etdi. Zəfərin qazanılmasında Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz ruhu sükutla yad edildi.

Çıxış üçün söz Gəncə şəhərində yerləşən Türkiyə Cümhuriyyəti Gence baş konsulluğunun konsulu Zeki Öztürkə verildi. Daha sonra Çankırı Gazi Mesleki ve Teknil Anadolu Lisesi okul müdiri Ali Demir, Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova öz çıxışlarında Türkiyə Azərbaycan tarixi qardaşlıq köklərindən Ulu öndər Heydər Əliyevin "Bir millət iki dövlət", Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" kelamlarını göz önünə gətirərək ll Qarabağ savaşında da qardaş ölkənin mənəvi baxımdan daim Azərbaycanın yanında olmasından bəhs etdilər.

Bengü Sarıkayanın öyrəncilərinə Azərbaycan Zəfərindən bəhs edən dərsi izləndi.

Nuranə Həsənova Esra Acarın niyə Xarıbülbül çiçəyinin Qarabağın simvolik işarəsinə çevrilməsi sualını cavablandırdı.

Daha sonra Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin müəllimi Hüseyn Abbasovun ifasında "Qarabağ şikəstəsi", Fuad Ramazanovun ifasında "Mən gedirəm Zəngilana", Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin muğam müəllimi Nuriyeva Zəminənin ifasında "Azərbaycan", "Cərrah paşa" mahnıları dinlənildi.

Şanlı Azərbaycan Ordusunun Qarabağdakı Zəfərini tərənnüm edən videoçarx izlənildi. Sonda "Şuşanın dağları " xalq mahnısının sədaları altında Şuşanın əsrarəngiz təbiətini əks etdirən klip nümayiş olundu.

 

72.5 KB

 

34.3 KB

 

26.4 KB