10.11.2021
8 noyabr 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin, 3 ordu korpusunun dəstəyi, “Cavad xan” Tarix Mədəniyyət Fondunun dəstəyi və təşəbbüsü, "Qardaşlıq" qrupunun və Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin təşkilatçılığı ilə Kəlbəcər şəhərində yerləşən “N” saylı hərbi hissədə 8 Noyabr Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edilmişdir.
Konsertdə “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov, Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin direktoru Akif Bayramov, hərbi hissənin əsgər və zabitləri iştirak etmişlər.
Konserti Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evinin bədii özfəaliyyət kollektivi, “Maraloyunu” folklor kollektivi və digər musiqiçilər təqdim etmişdir.