Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gəncənin Dövlət Bayrağı meydanında ümumşəhər bayram tədbiri keçirilib

10.11.2021

09 noyabr 2021-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Gəncə şəhərinin Dövlət Bayrağı meydanında 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş ümumşəhər bayram tədbiri keçirilib.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, millət vəkilləri Pərviz Kərimzadə, Müşfiq Cəfərov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifov, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə şəhər Gənclər və İdman Baş İdrəsinin müdiri Həmid Nəsirov, Hüquq Mühazifə orqanlarının rəhbərləri, II Qarabağ Vətən müharibəsinin şəhidlərinin ailə üzvləri və qaziləri, ictimaiyyətin digər nümayəndələri iştirak etmişlər.

Ümumşəhər bayram tədbirində əvvəlcə Azərbaycan şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Azərbaycanın Dövlət Himni səsləndirildi.

Tədbirdə yeni nəşr olunmuş “Gəncə şəhidləri” və “Zəfər salnaməsi” kitablarının təqdimatı keçirildi.

Akademik Fuad Əliyev “Gəncə şəhidləri” kitabı barədə, ADAU-nun rektoru İbrahim Cəfərov “Zəfər salnaməsi” kitabı barədə məlumat verdilər.

Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov kitabları şəhid ailələrinin üzvlərinə təqdim etdi.

Millət vəkili Pərvin Kərimzadə, ADAU-nun əməkdaşı Səbinə Əlizadə II Qarabağ Vətən müharibəsində qazanılan Tarixi Zəfərdən danışdılar.

Gəncə şəhər 18 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

Tədbirdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər Respublikanın Əməkdar artisti Elçin Elçiyev) solistləri Respublikanın Əməkdar artisti Kəmalə Tağızadə, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, Vasif Bayramov, Rüstəm Cəfərov, Xəyal Əliyev, İslam Əlizadə, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalanlar ritm qrupu (bədii rəhbər Söhrab İbrahimov), “Gəncə qönçələri” rəqs qrupu (bədii rəhbər Xaliq Əliyev), “Gəncəm” triosu (bədii rəhbər Svetlana Zelmixanqızı) musiqi proqramını təqdim etdilər.

 

70.4 KB

 

61.1 KB