Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Qeyrət və qürur rəmzi ” başlıqlı onlayn şeir gecəsi keçirdib

09.11.2021

Gəncə şəhər Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3saylı kitabxana filialı  9 noyabr Bayraq gününə həsr olunmuş "Qeyrət və qürur rəmzi " başlıqlı onlayn şeir gecəsi keçirdib
Tədbir 44 günlük Vətən müharibəsində Azərbaycan torpaqlarının azad olunması uğrunda qəhrəmancasına həlak olan  şəhidlərimizin ruhlarını 1dəqiqəlik sükutla yad etməklə başladı.
Tədbirdə 15 və 6 nömrəli tam orta məktəblərin şagirdləri,kitabxananın fəal oxucuları və əməkdaşları iştirak etdilər. Kitabxanaçı Kərimova Gunel qeyd etdi ki, Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.Üçrəngli bayrağımız gözümüzün işiğına ,qəlbimizin təpərinə qururuna çevrilib.Bayrağımız Vətəndir,bayrağımız anadır,fəxr ünvanımızdır.
Tədbirdə  kitabxananın fəal oxucularının ,məktəb şagirdlərinin ifasında bayrağa, vətənə,zəfərə,müstəqilliyə,
Azərbaycana aid şeirlər səsləndirildi.

 

69.5 KB