06.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 saylı kitabxana filialı 05.11.2021- ci il tarixdə 44 günlük II Qarabağ müharibəsi ilə əlaqədar "Müharibə və uşaqlar" adlı onlayn görüş keçirdi. Tədbiri böyük kitabxanaçı Könül Mirxudayeva aparırdı. Kitabxanaçı qeyd etdi ki, uşaqlar dünyanın ən təmiz, saf varlıqlarıdır,onlar müharibələrlə deyil sevgi ilə böyüməlidirlər. O, bildirdi ki, Qarabağ müharibəsində 195 azyaşlı uşaq öldürülüb, 22 uşaq isə əsir düşüb.
Tədbirin qonağı yazıçı-jurnalist, hərbi marşlar müəllifi Minaxanım Əkrəmqızı idi. Vətənpərvər şairə qeyd etdi ki, Azərbaycan dövlətinin məcburi olaraq qatıldığı bu haqsız müharibədə Azərbaycan ordusu və mülkü əhali öz Ali Baş Komandanı ətrafında sıx birləşdi və əsarətdə olan torpaqlarını azad etdi.
Sonra yazıçı tədbirin əsas mövzusu, müharibənin azyaşlı qurbanları- 2 yaşlı Zəhra, 9 yaşlı Fariz, 15 yaşlı Aygün Şahmalıyeva və Gəncə terroru zamanı həlak olan 15 yaşlı Nigar, 1 yaşlı Mədinə,6 yaşlı Məryəm, 11 yaşlı Orxan,10 aylıq Narın Xalıqova və s. haqqında danışdı və onlara həsr etdiyi şeirləri qəhərlə içdən səsləndirdi.
Tədbir iştirakçıları yazıçıya maraqlı suallarla müraciət etdilər və Minaxanım Əkrəmqızı onları ətraflı cavablandırdı. Sonda kitarbxananın müdiri Natella Hacıyeva hörmətli qonağımıza və bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.