Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN” adlı bayram tədbiri keçirimişdir.

06.11.2021

05.11.2021-ci il tarixdə Gəncə Regional İdarəsinin Goranboy rayon Səfikürd kənd Uşaq Musiqi Məktəbi “ZƏFƏRİN MÜBARƏK AZƏRBAYCAN” adlı bayram tədbiri keçirimişdir.

Tədbirdə şəhid ailələri, qazilər, ziyalılar, kənd sakinləri iştirak etmişdir.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban edib, Şanlı Tarix yazan Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə Səfikürd kənd Uşaq Musiqi Məktəbinin direktoru Elnurə Quluzadə açaraq qeyd etdi ki, Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27 başlayan Vətən Müharibəsi 44 gün müddətində torpaqlarımızın azad edilməsiylə Böyük Zəfəri qızıl hərflərlə tarixə yazmışdır.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Tədbirdə musiqi məktəbinin müəllim və şagirdlərin hazırlamış olduğu hərbi-vətənpərvərlik ruhunda musiqilər ifa edilmişdir.