Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirildi.

06.11.2021

5 noyabr 2021-ci il tarixdə​ Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər Uşaq Musiqi Məktəbində Zəfər gününə həsr olunmuş "Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirildi.

İlk öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri məktəbin direktoru Almaz Əliyeva​ açaraq Zəfər Günü münasibəti ilə təbrik etdi. Tədbirdə məktəbin şagirdlərindən ibarət xor qrupu A.Səmədzadənin "Zəfər nəğməsi", məktəbin müəllimlərindən ibarət xor kollektivi N.Mirməmmədlinin "Ey Ana vətən" mahnısı, məktəbin müəllimlərindən ibarət xalq çalğı alətləri ansamblının müşayiəti ilə B.Nəsibovun "Qarabağ", Ə.Məmmədovun "Vətən yaxşıdır", Z.Xanlarovanın"Yaşa Azərbaycan" mahnıları​ "Misiri" aşıq havası, "CƏNGİ" qarmonçalanlar ansamblının ifasında S.Rüstəmovun "Sərhədçilər marşı" tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılandı.