06.11.2021
05.011.2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzi və Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə 8 noyabr Zəfər günü ilə əlaqədar olaraq " Şəhidsiz Zəfər olmaz" adlı tədbir keçirildi. Tədbirdə şəhid ailələri Gəncə Regional Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov, Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mirzəmməd Orucov, Samux rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işlərin təşkili şöbəsinin müdiri Qurban Həsənov bir sıra qonaqlar iştirak etmişdirlər.
Tədbir Zəfəri bizə bəxş etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Samux rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Xəlilova, Samux Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova, Milli qəhrəman Elton İsgəndərovun atası Xaləddin İsgəndərov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mirzəmməd Orucov, Samux rayon Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işlərin təşkili şöbəsinin müdiri Qurban Həsənov mövzu ətrafında geniş çıxış etdilər. "Döyüşdə fərqlənməyə görə", "Xocavənd uğurunda" medalı ilə təltif edilmiş qazi Qasımov Nurlan Zəfərin qazanılması yolunda Azərbaycan əsgərinin mərdliyindən, sücaətindən danışdı və şəhidlərimizə həsr etdiyi şeiri səsləndirdi.
Samux rayon Qarayeri qəsəbəsi Uşaq musiqi məktəbinin muğam müəllimi Nuriyeva Zəminənin ifasında "Xudayar təsnifi", "Xatirədir", "Azərbaycan" həmçinin sözləri Samux rayon İnstitut qəsəbəsi şəhidi Abdullayev Rəşidin anası Xanımağa Həzrətovaya, musiqisi Zəminə Nuriyevaya aid bəstələnmiş "Qurban olum ay oğul" adlı mahnı ilk dəfə tədbir iştirakçılarına təqdim edildi.
Samux rayon İnstitut qəsəbəsi şəhidi Abdullayev Rəşidin anası Xanımağa Həzrətova öz çıxışında şeirin yazılması ilə bağlı təəssüratlarını bölüşdü və təşəkkürünü bildirdi.
Samux rayon Qarayeri qəsəbə 01 saylı məktəb liseyin şagirdləri "Zəfər" adlı şeirlərini səsləndirdilər.
Nuriyeva Əminə "Azərbaycan" mahnısını təqdim etdi.
Samux şəhər 1 saylı məktəbin şagirdlərinin ifasında " Şəhidsiz Vətən olmaz" kompozisiyası tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.
Şəhid Yusifov Talehin bacısı ürək sözlərini söylədi.
Sonda Şəhid ailələri ilə xatirə şəkilləri çəkdirildi.