Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şanlı Zəfərin mübarək Azərbaycan” adlı tədbir keçirilmişdir.

05.11.2021

04-11-2021 ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Goranboy rayon Mədəniyyət Mərkəzinin Şəfəq kənd Qaraçinar kənd Mədəniyyət Evlərinin və kitabxana filiallarının birgə hazırladığı "Şanlı Zəfərin mübarək Azərbaycan" adlı tədbir keçirilmişdir.
Tədbirdə kənd sakinləri,ziyalılar,Şəhid ailələri,Qazilər,ictimaiyyət nümayəndələri və məktəblilər iştrak etmişdir.

İlk öncə torpaqlarımızın azadlığı uğrunda canlarından kecərək Şəhidlik məqamına ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözüilə açan Şəfəq kənd Mədəniyyət Evinin direktoru Samirə Kazımova, Qaraçinar kənd Mədəniyyət Evinin direktoru Tahirə İmanova  çıxışlarında qeyd etmişdilər.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifəsi yazıldı.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin.

Tədbirdə məktəblilərin hazırlamış olduğu vətənpərvərlik mövzudunda şer parçaları söylənilmiş,. aşıq Elzamin Rəhimovun ifasında aşıq musiqiləri səsləndirilmişdir.
Sonda tədbirə dəvət edilən Qazilərimizə Zəfər günü münasibətilə "Xarı-Bülbül" ün simvolu olan döş nişanları təqdim edilmişdir.