05.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi, Goranboy rayon Mərkəzləşdirilmiş Kitabxananın Uşaq şöbəsi 8 noyabr “Zəfər gününə” həsr olunmuş inşa müsabiqəsi keçirib.
Müsabiqəyə 20.10.2021-ci il tarixində start verildi. Şəhər 1 və 2 saylı tam orta məktəblərində V-Vlll sinif şagirdlərinə Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova və məktəbin dil- ədəbiyyat müəllimi Sevda xanım Ələkbərova şagirdlərə məlumat verdi və inşanın yazılması ücün, şagirdlərə on gün vaxt verildi. 30.10.2021-ci il tarixdə təsdiqlənmiş inşa yazıları şagirdlərdən götürülərək müsiflər heyyətinə təqdim olundu.( Münsiflər heyyəti aşağdakı qaydada sıralanmışdı.1. Uşaq şöbəsinin müdiri Rəna Məhərrəmova, Mərkəzləşdirilmiş Kitabxananın metodika şöbəsinin müdiri Təzəgül Abbasova, 1 saylı tam orta məktəbin tarix müəlliməsi Xatirə Kərimova, 2 saylı tam orta məktəbin dil- ədəbiyyat müəlliməsi Sevda Ələkbərova) 4.11.2021- ci il tarixdə müsiflər heyyətinin qərarı ilə, inşa yazı müsabiqəsinin qalib şagirdləri elan edildi. 1 saylı tam orta məktəbinin 7-ci sinif şagirdi Məmmədova Həqiqət Fuad qızı ən yaxşı inşa yazısına görə 1- ci yerə, 2-ci yer ücün 2 saylı tam orta məktəbin 7-ci sinif şagirdi İdrisov Turan Natiq oğlu,3-cü yer ücün həmin məktəbin 8-ci sinif şagirdi Gülcin Aqil qızı Mirzəyeva secildi. Qalib şagirdlərə, Uşaq şöbəsi tərəfindən hədiyyələr təqdim olundu. Müsabiqənin digər iştirakçıları 2 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Xaliq Əhəd oglu Əhmədov, 1 saylı tam orta məktəbin 6-cı sinif şagirdləri Məmmədova Afət Fuad qızı, Həsənova Nərgiz Elşən qızı həvəsləndirici hədiyyələrnən mükafatlandırıldı.Uşaq şöbəsinin Zəfər gününə həsr edilmiş "Qalib Azərbaycan" adlı silsilə tədbirləri davam edir.