05.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylıkitabxana filialı 5.11.2021-ci il tarixdə Zəfər günü ilə əlaqədar II Qarabağ Müharibəsi qaziləri ilə görüş təşkil etmişdir. Tədbirdə Yaradıcılıq evinin kollektivi də iştirak edirdi. Kitabxanaçı Gülarə Ələkbərova iştirakçıları salamlayaraq tədbiri açıq elan etdi və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra qeyd etdi ki,sentyabrın 27-dən başlayan, 44 gün davam edən, işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mübarizliyini göstərdi.
Tədbirdə iştirak edən Vətən Müharibəsi qazisi Bağırov Yusif Azər oğlu Fizuli və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşaraq torpaqlarımızı düşməndən azad etməklərindən qürurla danışdı.
Laçın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Nağıyev Elşən Rövşən oğlu keçdiyi döyüş yollarından söhbət açdı.
Qazi Bağırov Yusif Azər oğlu Fizuli və Xocavənd uğrunda, Nağıyev Elşən Rövşən oğlu Laçın və Qubadlı uğrunda medalları ilə təltif olunublar.
Sonda tədbir iştirakçıları Allahdan bütün şəhidlərə rəhmət dilədilər.