Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 “Mənim  Bayrağımı tanrı ucaltmış” başlığı altında şeir gecəsi keçirilib

05.11.2021

Gəncə Regional Mədəniyyət İdarəsi Mərkəzləşdirilmiş Kitabxana sisteminin 1 saylı filialı  05.11.2021 -ci il  Azərbaycan Bayrağı gününə həsr olunmuş “Mənim  Bayrağımı tanrı ucaltmış” başlığı altında şeir gecəsi keçirildi.Tədbirdə  4 saylı məktəbin 8_B  sinif şagirdləri  və müxtəlif oxucu qrupları iştirak edirdi.Tədbiri 1 saylı kitabxana filialının böyük kitabxanaçısı Lalə Kərimzadə  açaraq öz çıxışında qeyd etdi ki, bayraq qürur yerimiz, dövlət rəmzimiz, milli kimliyimizdir. Bayrağımız hər bir azərbaycanlının baş tacıdır.
4 saylı məktəbin 8-B sinifinin  rəhbəri Əfsanə Sadıqova bildirdi ki, Azərbaycan bayrağı milli ləyaqət simvoludur. Dövlət bayrağımız millətimizin, xalqımızın azadlıq, istiqlal ideyalarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus qədim və çağdaş mədəniyyətə sahib olduğunun təcəssümüdür.
1saylı kitabxana filialının müdiri Məlikova Züleyxa  öz çıxışında bildirdi ki, bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Məhz bu baxımdan xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız milli qürurumuzdur.
2-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə həsr olunmuş silsilə tədbirlər davam edir.

Tədbir 4 saylı orta məktəbin şagirdləri tərəfindən söylənilən  şeirlər, kompozisiyalar, mahnılar və rəqslərlə başa çatdı.

 

63.2 KB

 

77.9 KB

 

58.3 KB