Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zəfərin mübarək Şuşam” adlı onlayn yoldaşlıq görüşü keçirildi.

05.11.2021

05.10.2021-ci il Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Qarayeri qəsəbə kitabxana filialı və Şuşa şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə Şuşa şəhərinin işğaldan azad olunması və Zəfər bayramı münasibəti ilə “Zəfərin mübarək Şuşam” adlı onlayn yoldaşlıq görüşü keçirildi. Tədbirə başlamazdan öncə bu xalq üçün, bu vətən üçün ,Qarabağımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə fəxri qonaq qismində Bakı Şəhər Mədəniyyət İdarəsi Yasamal rayon MKS-nin direktoru, Tarix elmlər üzrə fəlsəfə doktoru,Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “ Dövlət qulluğunda fərqlənməyə görə” medalı habelə Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən “ Fəxri Mədəniyyət İşçisi“ döş nişanı ilə təltif olunmuş Lətifə xanım Məmmədova, Sumqayıt Regional Mədəniyyət İdarəsi Şuşa şəhər MKS-nin direktoru Respublikanın “Əməkdar Mədəniyyət işçisi” adına laiq görülmüş Gülsarə Abbasova, Sumqayıt Regional Mədəniyyət İdarəsi Qubadlı MKS-nin direktoru Müşkünaz Muradova, Biləsuvar Regional Mədəniyyət İdarəsi Cəbrayıl MKS-nin direktoru Vasif Quliyev iştirak edirdilər. Tədbiri giriş sözü ilə Samux rayon MKS-nin Qarayeri qəsəbə kitabxana filial müdiri Samirə Məmmədova açaraq 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altında olan ərazilərimizi qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhfəsinə , Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, Azərbaycan xalqı “ Dəmir Yumruq “ şəklində birləşərək bütün dünyaya öz gücünü , mətinliyini , mübarizliyini nümayiş edilməsindən danışdı. Yasamal MKS-nin direktoru Lətifə xanım Məmmədova tədbir iştirakçılarını salamladı və Şuşanın Tarixi memarlıq abidlərindən danışdı Şuşanın Azərbaycan üçün necə dəyərli olduğundan və bizi Şuşamıza qovuşdurduğlarına görə Ali Baş Komandan cənab Prezident İlham Əliyevə və Azərbaycanın Rəşadətli ordusuna təşəkkür etdi.Şuşa şəhər MKS-nin direktoru Gülsarə Abbasova da çıxış edərək Şuşanın işğaldan əvvəl və işğaldan sonrakı erməni vandallarının təcavüzünə məruz qalmış fakitik vəziyyətindən danışdı . Cəbrayıl MKS-nin direktoru Vasif Quliyev. Qubadlı MKS-nin direktoru Müşkünaz Muradova, Samux rayon MKSnin Metodika və Biblioqrafiya şöbəsinin baş metodisti Tərifə Verdiyeva, Samux rayon MKS-nin oxuculara xidmət şöbəsinin müdiri Vüsalə Əliyeva, Kitabxana biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri əslən Şuşa şəhərindən olan Zahidə Hsüynova təbriklərə qoşularaq 8 Noyabr 2020-ci il Qarabağımıza qovuşduğumuz tarixi, Bu Böyük Qələbə gününü Şanlı tariximizə daxil olan Zəfər günü münasibəti ilə Başda Ali Baş Komandan Cənab Prezident İlham Əliyevi , Rəşadətli Azərbaycan Ordusunu və bütün Azərbaycan xalqını təbtik etdilər. Sonda Samux rayon Sərkar kənd uşaq musiq məkdəbinin xanəndə sinifinin müəllimi Fuad Ramazanovun və şagirdinin ifasında “Qarabağ şikəsdəsi” və “ Şuşanın dağları” xalq mahnılarını ifa etdilər.