Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Zəfər Günü” nə həsr olunmuş tədbir keçirildi 

05.11.2021

05 noyabr 2021-ci il tarixdə Mir Cəlal Paşayev ev muzeyində "Zəfər Günü" nə həsr olunmuş tədbir keçirildi 

"Sənə zəfər yaraşır, Azərbaycan !" adlı tədbir 22 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə təşkil olunmuşdu. Uzun müddətdən sonra muzeydə keçirilən tədbir maraqla qarşılandı.

Şagirdlər 44 günlük Vətən müharibəsinin başlanmasından Zəfərə doğru gedən yolu 

işıqlandırdılar.Həmişə Zəfər gününü qeyd edərkən sevinclə kədəri bir arada yaşayacağıq-deyə qeyd etdilər. Məktəbin şəhid məzunları o cümlədən 44 günlük Vətən savaşında şəhid olan Vüsal Məmmədov böyük kədər və qürur hissi ilə anıldı.

Sonra şagirdlər vətənpərvərlik şeirlər və mahnılar ifa etdilər.Tədbirin sonunda Gəncə Yazıçılar Birliyinin sədri Xəzangül Hüseynova və M.C.Paşayev ev muzeyinin direktoru İradə İbayeva çıxış edərək şagirdlərə və 22 nömrəli məktəbin rəhbərliyinə, tədbir təşkil edən hər kəsə minnətdarlıq etdilər.