05.11.2021
05.11.2021 - ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Mədəniyyət Mərkəzinin və kənd filiallarının kollektivi ilə birgə Yeni kənd tam orta məktəbində 8 noyabr Zəfər gününə həsr olunmuş " Sən Qalibsən Azərbaycan " adlı konsert proqramı keçirildi.
Konsertdə ilk öncə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Arif Məmişov açaraq tədbir iştirakçılarını salamladı və " Zəfər günü" münasibətilə hər kəsi təbrik etdi. Sonra tədbirdə məktəb şagirdləri öz şeirlərini, mahnılarını və rəqslərini tədbir iştirakçılarına təqdim etdilər