Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Şanlı Zəfər tariximiz” başlığı altında tədbir keçirildi.

05.11.2021

5 Noyabr 2021ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon MKS-nin Qarabağlar kənd kitabxana filialı və Qarabağlar tam orta məktəbin 4a sinif şagirdləri və müəllim kollektivi ilə birlikdə 8 Noyabr Zəfər günü ilə bağlı "Şanlı Zəfər tariximiz" başlığı altında tədbir keçirildi.

Tədbiri giriş sözu ilə Qarabağlar kənd kitabxana müdiri Bəşirova Gülnarə açaraq 44gün davam edən Vətən müharibəsi və Zəfər günü bayramı haqqında məlumat verdi.Daha sonra məktəbin müəlliməsi Aynurə Abdullayevaya söz verildi.,o da öz növbəsində işğaldan azad olunmuş torpaqlarımız,şəhidlərimiz, qazilərimiz haqqında uşaqlarla söhbətlər apardı.

Uşaqlar isə öz növbələrində vətənə,şəhidlərə aid şeirlər söylədilər.Onları heç vaxt unutmayacaqlarını hər zaman yad edəcəklərini bildirdilər.

Tədbirin Sonda hər kəs bir ağızdan QARABAĞ AZƏRBAYCANDIR! şüarı səsləndirərdi.