05.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsinin Samux rayon Seyidlər kənd kitabxana filialı və Seyidlər kənd tam orta məktəbi ilə birgə 8-Noyabr Azərbaycan Respublikasının Zəfər günü ilə bağlı “Zəfər bizə çox yaraşır” adlı ənənəvi tədbir keçirdi.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filial müdiri Məmmədova Xatirə 44 günlük Vətən müharibəsində torpaqlarımızın yağı düşməndən azad olunmasında hər an ölümə hazır olan, can deyib, can verən zabit və komandirlərimizdən, igid əsgərlərimizdən danışdı.
Daha sonra Seyidlər kənd tam orta məktəbin direktoru Məmmədova Firduz 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın uzaqgörən siyasəti və igid ordumuzun bir yumuruq kimi birləşməsi sayəsində 30 il erməni vandalları tərəfindən xarabalığa çevrilmiş torpaqlarımızın geri alınmasından söz açdı.
Tədbirini sonunda şagirdlər vətənpərvərlik haqqında şerilər söylədilər. Allah şəhidlərimizə rəhmət eləsin.Qazilərimizə uzun ömür can sağlığı qismət etsin.