26.02.2018
Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan Kəlbəcər rayon MKS-də Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Xocalı qan yaddaşı” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə MKS-nin direktoru Sadiqə Quliyeva açaraq 1 dəqiqəlik sükut elan etdi və 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verən dəhşətli soyqırımdan danışdı.
Tədbirdə Kəlbəcər rayon 9 saylı tam orta məktəbin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər söylədilər.
Sonda iştirakçılar Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış oldular.