05.11.2021
05.11.2021-ci il tarixdə Gəncə Regional Mədəniyyət İdarəsi Xocalı rayon Kosalar kənd mədəni-maarif müəssisələrinin kollektivlərinin iştirakı ilə Xocalı rayon Yaloba kənd Tarix-Diyarşünaslıq muzeyində "8 noyabr Zəfər" gününə həsr edilmiş tədbir keçirildi.
İlk olaraq şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla anıldı.
Tədbir iştirakçıları Muzeydə yaradılmış sərgi və ekspozisiya ilə tanış oldular. 44 günlük Vətən müharibəsi və şanlı qələbəmiz haqqında çıxışlar dinlənildi.