05.11.2021
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi 13 saylı kitabxana filialı 05.11.2021-ci il tarixdə 44 günlük II Qarabağ Vətən müharibəsinin Zəfər günü ilə əlaqədar "8 Noyabr - Zəfər Günü" başlıqlı sərgi, söhbət keçirildi. Böyük kitabxanaçı Günel Əliyeva kitabxananın fəal oxucularına II Qarabağ Vətən müharibəsi haqqında məlumat verərək bildirdi ki, ordumuz vətənpərvərlik sücaətini bir daha nümayiş etdirdilər.Vətən hissi bizə lap kiçik yaşlarından aşılanır.Vətəni sevib -sevdirməyi əməlimizlə göstərməliyik. Çox qısa zaman kəsiyində igid, cəsur oğullarımız 29 illik vətən həsrətinə son qoydular. Onlar öz canları və qanları ilə tarix yazdılar. 44 günlük Zəfər gününü Azərbaycan xalqına yaşatdılar. Biz bütün ömürümüz boyu onlara borcluyuq və şəhidlərimizin hər zaman ruhunu ehtiramla yad etməliyik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Kitabxanaçı oxucuları sərgidə yer almış kitablarla yaxından tanış etdi. Onları maraqlandıran suallar kitabxanaçı tərəfindən cavablandırıldı. Qənimət Parkı haqqında da məlumat verildi. Kiçik yaşlı şagirdlər vətənə, zəfərə, bayrağa aid şeirlər səsləndirdilər.